33 il əvvəl Yunanıstanda itmiş oğlunu tapmaq üçün Türkiyəyə köçdü

33 il əvvəl Yunanıstanda itmiş oğlunu tapmaq üçün Türkiyəyə köçdü

Bütün Türkiyə Narin üçün göz yaşı tökərkən, Yunanıstan mətbuatında da itkin uşaq hadisəsi gündəm olub. Belə ki, 33 il əvvəl Yunanıstanın Kos adasında oğlunu itirən britaniyalı qadın itkin oğlunun izini tapmaq üçün Türkiyəyə köçüb.

 

Sfera.az xəbər verir ki, Ben Needham 1991-ci ildə 21 aylıq olarkən ailəsi ilə tətil üçün Yunanıstanın Kos adasına gedib. Lakin o, qəfildən yoxa çıxmışdı. Üstəlik, üstündən 33 il keçməsinə baxmayaraq, hələ də ondan əsər-əlamət yoxdur.

 

Onun axtarışları 33 ildir Kos adasında davam edir. Hal-hazırda 52 yaşında olan ana Kerri Nidhem təslim olmamaqda qərarlıdır.

 

İngiltərədə çıxan Daily Mirror qəzetinə danışan Needham, Şeffilddəki evindən uzaqlaşaraq Türkiyəyə köçməyə qərar verdiyini bildirib:

 

 "Yunanıstana köçə bilməzdim, mənim üçün çox ağrılı olardı. Həyatımdakı ikinci ən yaxşı qərarımdır. Bu yolla oğluma daha yaxın ola bilərəm”.

 

Britaniyalı qadın açıqlamasında bunları deyib: 

 

"Türkiyədə bir dənə də olsun kobud insanla rastlaşmamışam. Bodrumdan Kosa bir günlük səfərlə gedə bilərsiniz. Təbii ki, Kosda yaxşı insanlar var, amma 33 ildir sirr saxlayan, hadisədən məlumatı olsa da, səsini çıxarmayanlar var. Özümü çox pis hiss edirəm”.

 

33 il əvvəl Kosda itən övladını axtarmaqdan heç vaxt vaz keçməyəcəyini deyən Needham əlavə edib:

 

"Türkiyədən Yunanıstana getmək üçün bir bərə ilə 30 dəqiqə kifayət edir. Yunanıstanda yaşaya bilmərəm. Hər sarışına baxıram- sarı saçlı, mavi gözlü adam görən kimi: “Sən mənim balamsan”?-deyə soruşmaq istəyirəm".

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...