Zelenski Boris Consonla görüşdü


Zelenski Boris Consonla görüşdü

Volodimir Zelenski Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla görüşüb.


Sfera.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti öz Telegram kanalında məlumat verib.


“Boris Conson ilə Yalta Avropa Strategiyasının illik toplantısı çərçivəsində görüşdüm. Ukraynaya göstərdiyiniz diqqətə və genişmiqyaslı işğalın əvvəlindən Ukraynaya ehtiyac duyduğu beynəlxalq yardımın göstərilməsində göstərdiyiniz dəstəyə görə təşəkkür edirik. Ukraynalılar minnətdar olmağı bilirlər”, - Zelenski yazıb.
 

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb Rusiyanı məğlub etmək üçün Ukraynaya 2022-ci ilin yazında Ukrayna münaqişəsinin həlli ilə bağlı əldə edilmiş razılaşmalardan imtina etməyi tapşırıb. Dövlət başçısının da vurğuladığı kimi, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə “ukraynalılara son ukraynalıya qədər döyüşməyi tapşırmışdı”.

 

Putin əlavə edib ki, bu gün bu, “Rusiyanın strateji məğlubiyyətinə nail olmaq məqsədi ilə” baş verir. Onun sözlərinə görə, 2022-ci ildə İstanbulda aparılan danışıqlar çərçivəsində Ukrayna tərəfi ilə razılığa gəlmək mümkün olub, lakin “onlara müqavilə imzalamamaq əmri verilib”.

İnci

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Aktaudan Bakıya üzən 4 nəfər imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel Xəzər dənizini üzüb keçərək Aktaudan Bakıya gəliblər.   Sfera.az xəbər verir k...

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...