Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını ARTIRACAQ

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını ARTIRACAQ
Kateqoriya məlum deyil
T

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynada monitorinq missiyalarını genişləndirəcək.

 

Sfera.az-ın “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, "Energoatom" şirkəti atom elektrik stansiyasının təhlükəsizliyinə təsir edən infrastruktur obyektlərinə müşahidəçilərin göndəriləcəyi ilə bağlı məlumat yayıb.

 

Qeyd olunub ki, bu günlərdə BAEA-nın bir qrup eksperti AES-in təhlükəsizliyinə və işinin sabitliyinə təsir edən elektrik yarımstansiyalarından birinə baş çəkib.

 

Yarımstansiya bu yaxınlarda Rusiyanın endirdiyi kütləvi raket zərbələri nəticəsində zədələnib.

 

Bu səfər BAEA-nın baş direktoru Rafael Qrossi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin başlanğıcı oldu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR