ABŞ İraqdakı diplomatik binaya hücumun arxasında İrana bağlı qrup olduğunu BİLDİRDİ
Dünya
12:15 / 13.09.2024
5603
ABŞ-ın İraqdakı səfirliyi İrana bağlı qrupları Bağdad hava limanında ABŞ diplomatik iqamətgahına bu həftə edilən hücumda günahlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Səfirlik yaydığı bəyanatda İraqda sərbəst fəaliyyət göstərən İrana bağlı qruplarının təşəbbüsü ilə törədilən hücumda heç bir itki olmadığını bildirib. O, İraqı şəxsi heyətini və obyektlərini qorumağa çağırıb.