Avropa Komissiyası Aİ ölkələrinə Rusiyaya qarşı sanksiyaları uzatmağı təklif edəcək

Avropa Komissiyası Aİ ölkələrinə Rusiyaya qarşı sanksiyaları uzatmağı təklif edəcək

Avropa Komissiyası (AK) cümə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinə Rusiyaya qarşı məhdudiyyətlər də daxil olmaqla, sanksiyaların müddətini uzatmağı təklif edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti avropalı rəsmilərə istinadən yazıb.

 

“AK bu gün səhər Aİ səfirlərinə sanksiyaların 36 aya qədər və ya qeyri-müəyyən müddətə uzadılması variantlarını təqdim edəcək”, - mənbə bildirib.

 

Hazırda Aİ-nin sanksiyaları altı aydan bir yenilənir. Rusiyaya qarşı məhdudiyyətlər 2014-cü ildən tətbiq edilir.


OXŞAR XƏBƏRLƏR