Qazaxıstan və Azərbaycan milli idman növlərinin inkişafını GÜCLƏNDİRİR
Dünya
11:50 / 13.09.2024
4498
Qazaxıstan və Azərbaycanın idman idarələrinin rəhbərlərinin Astanada keçirilən görüşündə idman sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi və milli idman növlərinin inkişafı müzakirə olunub.
Sfera.az bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyinə istinadən xəbər verir.
V Dünya Köçəri Oyunları çərçivəsində keçirilən görüşdə Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov iki ölkə arasında idman təhsili və tibb, birgə təhsil və təlim məşq toplanışlarının təşkili məsələlərində fəal əməkdaşlığı qeyd ediblər.