"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəydi

"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəydi

Ötən gecə Livandan İsrailin Safed bölgəsi istiqamətində 20-dən çox raket atılıb.

 

Sfera.az-ın “Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xəsarət alan olmasa da bir neçə binaya ziyan dəyib.

 

Bu arada, İsrail əsgərləri gecə saatlarında qanunsuz olaraq Qəzza bölgəsinə daxil olmaq istəyən iki nəfəri saxlayıb.

 

Araşdırma zamanı onların yəhudi əsilli olduğu ortaya çıxıb. Görülən tədbirlər nəticəsində bu şəxslər geri qaytarılıb.

 

Yerli əhali ərazidə işləyən media nümayəndələrinə səhərədək Livanla sərhədyanı bölgələrdə raket xəbərdarlığı siqnallarının eşidildiyi barədə informasiya verib.

 

Bir qədər sonra “Hizbullah” baş verənlərə görə məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, bölgədəki hərbi obyektlərə endirilən 20-dən çox raket zərbəsi İsrailin Livana son hücum cəhdinə cavab xarakteri daşıyır.

 

Yeri gəlmişkən, raket zərbələri ərazidə meşə yanğınına səbəb olub. Hadisə yerinə İsrailin yanğınsöndürmə briqadaları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" "Qarabağ"ın keçmiş rəqibini məğlub etdi

UEFA Avropa Liqasının əsas mərhələsində IV tura start verilib.   Sfera.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Türkiyə təmsilçi...

Mask Tvitteri aldı, onu X etdi və “X günü”nə hazırladı

Vaxt vardı Tvitter iki gündən bir o zaman prezident olan Donald Trampın tvitlərini bloklayırdı, kefləri istəyəndə onun mesajlarını “qaydalara ziddir&rdquo...

Serbiyada qatar stansiyasında 14 nəfərin ölümü ilə bağlı kütləvi etiraz

Serbiyanın şimalındakı Novi Sad şəhərində qatar stansiyasında tavanın uçması nəticəsində 14 nəfərin ölməsindən sonra hökumət əleyhinə etiraz aksiyası keçirilib....

Prezident o toplantıda iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin noyabrın 7-də Budapeştdə keçiriləcək Zirvə toplantısında iştirak etməyəcək.   ...

Tramp növbəti ABŞ prezident seçkilərində iştirak edə bilməyəcək

ABŞ-nin Respublikaçılar Partiyasının seçkilərdəki namizədi Donald Tramp Amerika Konstitusiyasına görə, 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilməyəcək...

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. ...