Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilə bilər

Avstraliyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilə bilər

Avstraliyada uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsi qadağan edilə bilər.

 

Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Entoni Albaneze açıqlayıb.

 

Bildirilir ki, instaqram, tiktok kimi sosial şəbəkələr uşaqların fiziki və mənəvi sağlamlığına mənfi təsir edə bilər və bu səbəbdən də Avstraliya uşaqların onlayn təhlükələrdən qorunması ilə bağlı qanun layihəsi hazırlayır. 

 

Bununla əlaqədar olaraq, ölkədə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş limiti təyin edilə və 14-16 yaşdan az şəxslərə sosial şəbəkələrdən istifadə qadağan oluna bilər. 

 

Baş nazirin sözlərinə görə, valideynlər uşaqlarının sosial mediadan istifadə etməklərindən çox narahatdırlar. O əlavə edib ki, valideynlər övladlarının telefonlardan uzaq olmasını və daha real mühitdə böyüməsini arzu edirlər. 

 

Nəşr qeyd edib ki, Avstraliyanın müxalifət lideri Peter Dutton da bundan əvvəl 16 yaşdan az olan şəxslərə sosial şəbəkələrdən istifadənin qadağan olunmasına öz dəstəyini ifadə edib. 

 

Sözügedən məsələ ilə bağlı qanun layihəsi qəbul edilərsə, Avstraliya dünyada sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq edən ilk ölkələrdən biri olacaq. 2015-ci ilin sonunda Avropa İttifaqı ölkələrində analoji qadağanın tətbiq edilməsi gündəmə gəlsə də, daha sonradan layihə qəbul edilməyib.

 

Onu da qeyd etmək lazımdır ki, yeniyetmə və uşaqlara sosial şəbəkələrdən istifadə ilə bağlı bu cür məhdudiyyətlər etirazlara da səbəb olub. Tənqidçilərin fikrincə, bu, yeniyetmələrin özünüifadə azadlığını pozur. 

 

Queensland Texnoloji Universitetinin rəqəmsal kommunikasiya üzrə professoru Deniel Anqus da Avstraliyanın hazırda müzakirə etdiyi bu məhdudiyyətləri tənqid edib. 

 

Onun sözlərinə görə, sosial şəbəkələrdən istifadəyə qadağa gəncləri rəqəmsal dünyada əhəmiyyətli, sağlam iştirakdan məhrum edərək ciddi təhdid doğuracaq.


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...