ABŞ Dövlət katibi Polşada SƏFƏRDƏDİR
Dünya
13:41 / 12.09.2024
5411
ABŞ Dövlət katibi Antoni Blinken Polşanın paytaxtı Varşavada səfərdədir.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Varşavadakı səfirliyi “X” sosial şəbəkəsində hesabında paylaşım edib.
“Bu səfər ABŞ və Polşa arasında sıx və davamlı tərəfdaşlığı bir daha təsdiqləyir. Ukraynaya dəstəyimizə olan sadiqliyi vurğulayır”, - paylaşımda qeyd edilib.
Daha əvvəl ABŞ Dövlət Departamenti A.Blinkenin səfər zamanı Polşa hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşəcəyini və bir sıra məsələləri, o cümlədən müdafiə və energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə Ukraynaya hərbi dəstək kimi məsələləri müzakirə edəcəyini açıqlamışdı.