“Almaniyanın miqrantlara ehtiyacı var” - Olaf Şolts

"Almaniyanın miqrantlara ehtiyacı var" - Olaf Şolts
Kateqoriya məlum deyil
T

“Almaniyanın miqrantlara ehtiyacı var”. 


Sfera.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Bundestaqda büdcə müzakirələri zamanı bildirib.


Baş nazir deyib ki, ölkəsi işçi qüvvəsinin az olmasından əziyyət çəkir. Onun fikrincə, işçi qüvvəsinə olan tələbi ödəmək üçün miqrantlara ehtiyac var. 


“Məqsədimiz insanların burada işləməsi, alman dilini öyrənməsi, qanunlara tabe olması, öz işini görməsidir. Qoy həm çörəkpulu qazansınlar, həm də söz sahibi olsunlar. Almaniyaya kimin gələcəyini seçməyi bacarmalıyıq. Bunu burada çox açıq deyirəm. Biz qeyri-qanuni miqrasiyanın qarşısını almalıyıq, qeyri-qanuni yollarla gələnlərin sayını azaltmalıyıq, qanuni yollarla Almaniyada qala bilməyənləri öz ölkələrinə geri göndərməliyik”. 


Qeyd edək ki, Almaniya yaşlı əmək qüvvəsindən əziyyət çəkən ölkədir. Buna görə də Almaniyada işverənlərin həmişə əcnəbi işçi qüvvəsinə ehtiyacı yaranır. 


Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR