3,2 milyardlıq layihəni oğurladılar - "Samsung" rəsmiləri HƏBS EDİLDİ

3,2 milyardlıq layihəni oğurladılar - "Samsung" rəsmiləri HƏBS EDİLDİ

Cənubi Koreya polisi iki keçmiş “Samsung” rəsmisini həbs edib.    

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Çində saxta çip istehsalı müəssisəsi yaratmaq üçün 3,2 milyard dollarlıq layihəni oğurlamaqda ittiham olunub.

 

Polis bildirib ki, onlardan biri olan 66 yaşlı Choi soyadlı kişi Cənubi Koreyalı çip mütəxəssislərini işə götürüb və “Samsung” yaddaş layihələrini ortaq bir müəssisə vasitəsilə sızdırıb.

 

Polisin bəyanatında deyilir ki, Choi startapın rəhbəri vəzifəsində çalışıb və ona Oh adlı fabrik dizayneri kömək edib. İkili ötən il 20 nanometrlik DRAM çipləri istehsal etmək üçün səlahiyyətlilərlə əməkdaşlıq ediblər.

 

Bildirilib ki, bu hadisə “Samsung”a zərər vurmaqla yanaşı, həm də ölkələr qlobal çip müharibəsi içərisində olarkən ölkənin rəqabət qabiliyyətini zəiflədib.

 

Polis digər texnologiya sızmalarını hələ də araşdırdıqlarını qeyd edib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...