Dubay şahzadəsi ərindən boşanmasının şərəfinə ətir buraxdı - FOTO

Dubay şahzadəsi ərindən boşanmasının şərəfinə ətir buraxdı - FOTO

Bu yaxınlarda əri Şeyx Mana bin Mohammed bin Radhis bin Mana Al Maktumdan boşandığını elan edən 30 yaşlı Dubay şahzadəsi Şeyxa Mahra Mohammed Rashid Al Maktoum “Boşanma" adlandırdığı yeni ətirlər seriyasını buraxmağa başlayıb. O, bu barədə öz “İnstaqram” səhifəsində məhsulun ilk foto və videolarını abunəçilərinə təqdim edərək bildirib.

Sfera.az bildirir ki, Şahzadə yeni ətiri sosial şəbəkədəki səhifəsində şəxsən reklam edib.

 

Yayımlanan videoda ayrılığı simvolizə edən şüşə qırıqları, qara pantera, mirvarilərlə bəzədilmiş qara qızılgül buketi və eyni rəngli ləçəklər əks olunub.

Parfüm şüşəsi düzbucaqlı formaya malikdir və ağ hərflərlə qara buz effektli şüşədən hazırlanıb.

Fotoda Mahra ağ kostyumda, əlində ətir tutaraq poza verir.
 


 

Qeyd edək ki, iyul ayında Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı İnstaqram vasitəsilə ərindən boşandığını elan edib.
 

"Başqa yoldaşlarla məşğul olduğunuz üçün boşanmamızı elan edirəm. Səndən boşanıram, boşanıram və boşanıram. Özünə yaxşı bax. Keçmiş həyat yoldaşın"-deyə o yazıb.

 

Bu postda o, müsəlman kişilərin qadınları boşayarkən üç dəfə şifahi olaraq niyyətlərini bildirdiyi islami boşanma - üçlü talaq üsulundan istifadə edib.

Üçlü talaq (qadınlar yalnız xula adlanan proseslə birtərəfli qaydada boşanma tələb edə bilər) İslam qanunlarına görə qadınlar üçün deyil. Xula adlanan prosedur isə evli qadının məhkəməyə rəsmi ərizə verməsini və boşanma prosesinə başlamaq üçün əsaslı səbəb göstərməsini nəzərdə tutur.

Cütlük ötən ilin mayında ailə qurub və toylarından bir il sonra dünyaya gələn bir qızı var. Övladları doğulduqdan iki ay sonra onlar ayrılıb. Cütlük boşandıqlarını elan etdikdən sonra sosial şəbəkədə bir-birini izləməyi dayandırıb və birlikdə göründükləri bütün paylaşımları səhifələrindən siliblər.



Şeyxa Mahra Şeyx Məhəmməd bin Rəşid Əl Maktum və Zoe Qriqorakosun qızıdır. O, həm də Şeyxin 26 övladından biridir. Şeyx Məhəmməd Dubayın hökmdarı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziridir. O, London, Şotlandiya və Nyumarketdə 40.000 hektardan çox əraziyə sahib olan Böyük Britaniyanın ən böyük torpaq mülkiyyətçilərindən biridir.

Mahra keçən il Londonda universiteti beynəlxalq əlaqələr ixtisası üzrə bitirib. O, qadın hüquqlarının aktiv tərəfdarıdır.
 

Mahranın keçmiş əri Şeyx Mana isə, əfsanəvi futbolçu Ronaldinyo və mübahisəli sosial media fenomeni Endryu Teyt daxil fotosessiyaya çəkilən tanınmış sahibkardır.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...