Keçmiş solistin oğlu “Linkin Park”ı yeni solistə görə tənqid etdi


Keçmiş solistin oğlu “Linkin Park”ı yeni solistə görə tənqid etdi

"Linkin Park"ın mərhum solisti Çester Benninqtonun oğlu, 28 yaşlı Ceymi Benninqton qrupun həmtəsisçisi Mayk Şinodanı atasına əvəzləyici tapdığına görə tənqid edib. 38 yaşlı Emili Armstronqun qrupun siması olması gəncin xoşuna gəlməyib. O, bu barədə İnstaqram hekayələrində məlumat verib.

 

Sfera.az bildirir ki, Ceymi Benninqton qrup üzvlərinin atasının həyatını və irsini sakitcə sildiyini deyib.
 

Xüsusən də, Ceymi yeni solistin “Scientology” sektası ilə əlaqəsi olmasını, eləcə də keçmişdə zorlamada təqsirli bilinərək ən azı 30 il həbs cəzasına məhkum edilmiş aktyor Denni Mastersonu dəstəkləməsini həqiqətən bəyənmir.


O, həmçinin əlavə edib ki, Şinoda qrupa yeni bir insan təqdim etmək üçün çox pis vaxt seçib. Sentyabr İntiharın Qarşısının Alınması Ayıdır və onun atası çox qalmaqallı şəkildə intihar etmişdir.
 

Ceymi hesab edir ki, Mayk və qrupun digər üzvləri real vaxtda sakitcə atasının həyatını və irsini siliblər. O, iddia edir ki, özü də daxil olmaqla, onilliklər boyu pərəstişkarlarının qrupa göstərdiyi etimada xəyanət ediblər.


Bir vaxtlar “Dead Sara” qrupunda çıxış edən Armstronq isə bazar günü “Instagram Stories”də Mastersonun məhkəmə iclaslarından birində iştirak edərək onu dəstəkləməsinin səhv addım olduğunu bildirib.
 

"Mən həmişə insanların yaxşı tərəflərini görməyə çalışıram və onu əməlini kiçik cinayət hesab edirdim. O vaxtdan bəri onunla heç vaxt danışmamışam. Sonradan günahkar bilinəndən sonra ağlasığmaz detallar üzə çıxdı. Bunu mümkün qədər aydınlaşdırmaq üçün izah verirəm: zorakılığı qəbul etmirəm, qadınlara qarşı zorakılıq etmək və bu cinayətlərin qurbanlarına rəğbət bəsləmək ağılsızlıqdır”- deyə Emili Armstronq yazıb.
 

Daha sonra Emili Armstronq Denni Mastersonu dəstəklədiyi üçün üzr istəyib.


Xatırladaq ki, sentyabrın 5-də “Linkin Park” ilk konsertini verib. Qrup həmçinin gələcək albomu “Zero”da yer alacaq “The Emptiness Machine” adlı treki təqdim edib. Albomun buraxılışı noyabrın 15-nə planlaşdırılıb.
 

“Linkin Park” 2000-ci illərin əvvəllərində “One Step Closer”, “In the End” və “Crawling” kimi hitləri ilə böyük kommersiya uğuru əldə edib. Sonuncular qrupa 2002-ci ildə Ən Yaxşı Hard Rok Performansı üçün “Qremmi” mükafatı qazandırıb. Qrup 2006-cı ildə Jay-Z ilə əməkdaşlıq etdiyi üçün Ən Yaxşı Rep/Mahnı Performansında daha bir “Qremmi” qazanıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...