ABŞ bu tarixdə İran və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Ağ Evin koordinatoru Con Kirbi ABŞ-nin İran və Rusiyada iki ölkə arasında əməkdaşlıqla əlaqəli bir sıra təşkilat və şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Kirbi deyib ki, yeni sanksiyalar “Iran Air” ilə bağlı əvvəlki sanksiyaları tamamlayacaq və İran və Rusiyadakı şəxslərə və təşkilatlara qarşı yönələcək.
Yeni sanksiyaların mahiyyətinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi aydınlıq gətirib. Onun sözlərinə görə, məhdudiyyətlər iki ölkənin “silah üçün komponentlərin faktiki tədarükü ilə məşğul olan” şəxslərə və təşkilatlarına təsir edəcək. Kirbi onlayn brifinqdə diqqətə çatdırıb ki, sanksiya tətbiq edilən şəxslər və qurumlar silah sistemləri, PUA-lar və qısa mənzilli ballistik raketlərin tədarükü ilə məşğul olublar.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal”ın İranın raketlərin tədarükü ilə bağlı xəbərinə münasibət bildirib. Onun sözlərinə görə, bu cür məlumatlar “həmişə reallığa uyğun gəlmir”.
Peskov əlavə edib ki, Rusiya və İran arasında bütün sahələrdə, o cümlədən “ən həssas” sahələrdə əməkdaşlıq davam edəcək.
İnci