Şoyqu: Rusiya İranla yeni əsas sazişin imzalanması prosedurlarını tamamlayır
Rusiya Federasiyası və İran prezidentləri yeni əsas dövlətlərarası saziş imzalamazdan əvvəl zəruri olan daxili dövlət prosedurlarını tamamlayır.
Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu bildirib.
BRİKS və BRİKS+ ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək nümayəndələrinin görüşü çərçivəsində Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədian ilə işgüzar görüş keçirib.
“Biz Təhlükəsizlik Şurası vasitəsilə qarşılıqlı fəaliyyəti artırmağa hazırıq, biz ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrası məsələlərini nəzarətdə saxlamağa davam edirik”, - deyə Şoyqu qeyd edib. O, Rusiya ilə İran arasında yeni baza sazişinin tezliklə bağlanacağını gözlədiyini vurğulayıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, İranın BRİKS-ə qoşulması vahid və bölünməz strateji təhlükəsizlik arxitekturasının və ədalətli çoxqütblü dünya nizamının formalaşdırılması üçün assosiasiya üzvləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə imkanlar yaradıb.
İnci