Logo

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

"Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb", - məlumatda deyilir.

İlkin ehtimala görə, şagirdlər qidadan zəhərlənib. Hadisənin səbəbləri araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR