Koreyalılar arasında zibil davası yenidən BAŞLADI
Şimali Koreya və Cənubi Koreya arasında zibil müharibəsi yenidən başlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dünən Şimali Koreya qarşı tərəfə 260-dan çox zibil daşıyan balon göndərib.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamaya əsasən, Şimali Koreya artıq üç gündür ki, bu cür balonlar göndərir və göndərilən balonların sayı yüzlərlədir.
Zibil balonlarından 140 ədədi Seulun bəzi hissələrinə düşüb. Şarların əksəriyyətində kağız və plastik butulkalar olur.
Xatırladaq ki, əvvəllər də iki ölkə arasında oxşar gərginlik yaranıb. Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibil daşıyan 3 mindən çox şar göndərib.
Vasif