Okeanının dərinliklərində 93 gün qaldı: 10 yaş cavanlaşdı

Okeanının dərinliklərində 93 gün qaldı: 10 yaş cavanlaşdı

Təsəvvür edin ki, ömrünüzü 93 gün dənizin altında keçirirsiniz. Üstəlik, bu müddətin sonunda özünüzü 10 yaş cavan hiss edirsiniz.
 

Sfera.az bildirir ki, keçmiş ABŞ dəniz zabiti Cozef Diturinin başına gələn də məhz bu olub. Qocalmanı tərsinə çevirən bu inanılmaz təcrübə elm aləmində böyük səs-küyə səbəb olub
 

Cozef Dituri insan orqanizminin uzunmüddətli təzyiqli mühitlərə necə reaksiya verdiyini öyrənmək üçün Atlantik okeanının dərinliklərində təzyiqli suda 93 gün keçirib.


Onun məqsədi hiperbarik terapiya kimi tanınan bu metodun insan biologiyasına təsirini daha yaxşı başa düşmək idi.
 

Sualtı qayıqda olan bu müddətdən sonra Dituri bioloji olaraq 10 yaş cavanlaşıb. Onun telomerləri (xromosomların uclarında qoruyucu strukturlar) tam 20% uzanıb.


Bu, yaşlanma prosesinin tərsinə çevrildiyinə dair elmi sübut kimi qəbul edilib.


Diturinin orqanizmi sualtı qayıqda olduğu müddətdə inanılmaz çevrilmə göstərib. Telomerlərin uzanması ilə yanaşı, kök hüceyrələrin sayında əhəmiyyətli artım qeydə alınıb.


Xolesterin səviyyəsi 72 bal, iltihab səviyyəsi iki dəfə azalıb.


Yuxu keyfiyyəti də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Dituri gecələrinin 60%-66%-ni dərin REM yuxusunda keçirib (REM yuxusu fiziki və zehni regenerasiya üçün çox vacibdir).


Diturinin qaldığı təzyiqli mühit hiperbarik terapiyanın uzunmüddətli perspektivdə insan sağlamlığına müsbət təsirlərini araşdırmaq üçün əla fürsət yaradıb.
 

Hiperbarik tibbin beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırdığı buna qədər məlum idi. Diturinin sualtı qayıqda uzun müddət qalması isə bu təsirlərin nə qədər güclü ola biləcəyini sübut etdi.


100 kvadrat metrlik podda məhdud resurslara baxmayaraq, Dituri hər gün bir saat bantlarla məşq edərək öz formasını qoruyub saxlayırdı.


Bu rutin ona əzələ kütləsini saxlamağa və daha incə bədən quruluşuna nail olmağa kömək edib. Onun maddələr mübadiləsində də böyük irəliləyiş nəzərə çarpıb.
 

Bu unikal təcrübədən sonra Dituriyə "Dr. Dərin dəniz" ləqəbi verilib. Elmi cəhətdən qocalmanı geri qaytaran bu qeyri-adi kəşf, hətta, Ginnesin Rekordlar Kitabına da düşüb.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

263 illik evdə baş verən paranormal hadisələr ev sahiblərini qorxudur

2023-cü ilin sentyabrında 263 yaşı olan ev alan Kayli adlı Konnektikut sakini (ABŞ) evində baş verən izah olunmayan hadisələrlə bağlı hekayələri ilə internet is...

Türkiyədə xeyli sayda hotel bağlanacaq

İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərində sənədsiz və ya sənədi olub Mədəniyyət və Turizm Nazirliyinin yaşayış yeri kimi icazəsi olmayan bütün hotellə...

10 uşaq anası onları eyni geyindirməyinin səbəbini izah etdi - FOTOLAR

Evli cütlük Mitç və Çela Rodi böyük ailələrini sevirlər. Artıq 10 uşaqlarının olmasına baxmayaraq, onlar gələcəkdə ailələrini genişləndirməyi səbirsizliklə gözl...

Enrike İqlesiasın sevgilisi iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO

20 ildən artıqdır ki, ispan müğənni Enrike İqlesiasla münasibətdə olan 43 yaşlı rusiyalı tennisçi və model, dünyanın keçmiş bir nömrəsi Anna Kurnikova iki ildən...

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətini...

Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.    Sfera.az xəbər verir ki, əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dün...