Kim Çen In 30-a yaxın məmuru EDAM ETDİRDİ - SƏBƏB

Kim Çen In 30-a yaxın məmuru EDAM ETDİRDİ - SƏBƏB

Şimali Koreya lideri Kim Çen In ölkədə daşqının qarşısını almaqda səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunu edam edib.

 

Sfera.az bildirir ki, bununla bağlı Cənubi Koreya mediasında iddialar irəli sürülüb. Bu xəbərlər kəşfiyyat mənbələrinə əsasən yayılıb. “Korrupsiya” və “vəzifə borcunu yerinə yetirməmək”də təqsirləndirilən yüksək səviyyəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra olunduğu bildirilib. Lakin sözügedən məmurların kimliyi açıqlanmayıb.

 

Qeyd edək ki, iyulun 27-dən etibarən Şimali Koreyanın Çin sərhədinə yaxın bölgələrinə leysan yağıb. Daşqınlar bu bölgələrə maddi ziyan vurub. Ordunun helikopter dəstəyi ilə həyata keçirdiyi əməliyyatla təxminən 5 min insan xilas edilib, Şimali Koreya rəhbərliyi fəlakətdə ölənlərin olmadığını açıqlayıb. Buna baxmayaraq, 4 min 100 yaşayış evinin və 3 min hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib. Ölkə lideri Kim Çen In isə təbii fəlakətdən sonra qabaqlayıcı tədbirlər görməməkdə səlahiyyətli şəxsləri günahlandırıb.

 

Günay 


 


OXŞAR XƏBƏRLƏR

Bayram günlərində banklar necə işləyəcək? - AÇIQLAMA

Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrin...

Hakan Fidan sabah Yunanıstana gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstana rəsmi səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN ya...

Mərkəzi Parkın üçüncü hissəsinin açılışı oldu

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, bu barəd...

Bu qəsəbədə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərişı...

Qarabağ Universitetinə yeni prorektor təyin olundu - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin ...

Heydər Əliyev Aeroportunun fəaliyyətində dəyişikliklər...

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev B...