"Səbirsizliklə işə başlamağı gözləyirəm" - İlon Maskdan Trampa MESAJ
Dünya
16:06 / 04.09.2024
5241
"Səbirsizliklə dövlət proqramlarının təftiş komitəsində işə başlamağı gözləyirəm".
Sfera.az xəbər verir ki, bunu milyarder, iş adamı İlon Mask bildirib.
“Hökumətdə aradan qaldırılmalı olan çoxlu mənasız xərclər və yersiz tənzimləmələr var”, - Mask "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Trampın prezident seçiləcəyi təqdirdə İlon Maska vəzifə verəcəyi ilə bağlı xəbərlər yayılıb. Maskın paylaşımı isə iddiaların doğru olduğu fikrini yaradıb.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Seçki ölkə tarixində 60-cı prezident seçkisi olacaq və bu seçkidə ABŞ-nin 47-ci prezidenti seçiləcək.
Əzizə