Bu ölkələr qarabaşaqdan heyvan yemi kimi istifadə edirlər - ADLAR
Avropa və Amerikada insanlar qarabaşaqdan yemək hazırlanmasında nadir hallarda istifadə edirlər. Bu regionların sakinləri qarabaşağı sevmir, ondan daha çox heyvan yemi kimi istifadə edirlər.
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunun başlıca səbəbi Avropada qarabaşaq istehlakı ənənəsinin yaranmamasıdır.
Keçmiş sovet respublikalarında məşhur olan qarabaşaq qovrulmuş formada satılan məhsuldur. Avropada isə qarabaşaq daha çox yaşıl formada satılır. Fransa və Almaniya mətbəxində yaşıl qarabaşaqdan çox istifadə edilir.
Sovet ərazisində qovrulmuş qarabaşaqdan istifadə ənənəsi Qızıl Orda dövləti ilə bağlıdır. Ukrayna mediası yazır ki, Qızıl Orda qarabaşaq yarmasından istifadə ənənəsini Çindən gətirərək hakim olduğu regionlardakı bütün xalqlara yayıb. Avropa Qızıl Ordanın tərkibində olmadığından onlar bu ənənəni mənimsəməyiblər.
Avropada qarabaşaq əvəzinə adi buğda və çovdarı istehlak etməyi üstün tuturlar, buna görə də qarabaşaq istehsalı da azdır. “Köhnə qitə”də qarabaşaq daha çox mal-qaranın yemi kimi qəbul edilir və buna uyğun olaraq da az miqdarda istehsal edilir.
Avropada qarabaşağa olan bu münasibət ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də müşahidə edilir.
Vasif