Rusiya XİN: "Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdür"

Rusiya XİN: "Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdür"

Rusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən deyib.

 

"Biz qeyd edirik ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür", - o bildirib.

 

M.Zaxarova qeyd edib ki, Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil.

 

“Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar maniakallıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların öz sözləri ilə desək, cavabdeh olduqları ərazidir. Görün, orada nə baş verir. Onlar etdiklərinə görə cavab verməyə hazır deyillər", – XİN rəsmisi vurğulayıb.

 

O bildirib ki, Fransanın dənizaşırı ərazilərində sosial-iqtisadi gərginlik qalmaqdadır və Fransa hakimiyyəti problemlərin əsas səbəbini aradan qaldırmaq əvəzinə, kütləvi siyasi repressiyalar həyata keçirmək qərarına gəlib.

 

"Onlar əvvəlcə öz problemlərini, ya da məsul olduqları ərazilərdəki problemləri həll etməlidirlər. Nə üçün başqalarına dərs vermək, hətta qınamaq hüququna malik olmalıdırlar?", – M.Zaxarova əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Sfera.az xəbər verir ki...

Bu insanlar olduqca özlərindən razı və eqoistdirlər - Maraqlı araşdırma

İnsanların əksəriyyəti sosial şəbəkələrdə onlara gələn mesajlara bilərəkdən gec cavab verirlər. Mesajı görüb, ancaq qəsdən gec cavab yazan insanların eqoist olm...

"Ukrayna 20 il ərzində..." - Trampın sülh planının DETALLARI SIZDI

Trampın komandası Ukrayna ilə bağlı müqavilə hazırlayır.   Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr ...

54 yaşlı kişi göbələkdən zəhərləndi

Şabran sakini göbələkdən zəhərlənib.   Sfera.az xəbər verir ki, Şabran rayon sakini, 1970-ci il təvəllüdlü Nürəddin Quliyev zəhərlənmə əlamətləri ilə...

İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.   Sfera.az xəb...

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez günd...