Kreml: "BRICS-in genişlənməsi üçün hədlər var"

Kreml: "BRICS-in genişlənməsi üçün hədlər var"

 

BRICS-in genişlənməsi üçün hədlər var. Birlik üzvləri tərəfdaşlarının statusunu müəyyənləşdirməlidirlər. Kazan sammitində bu, müzakirə olunacaq.

 

Sfera.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

 

“Əlbəttə ki, genişlənmə trayektoriyasının hədləri var. BRICS-ə tərəfdaş dövlət statusunun hazırlanması təklifi mövcuddur. Buna uyğun olaraq, hər kəs birlikdə müəyyən etməlidir ki, bu partnyorların neçəsi, kimlər partnyor ola bilər və s. Bütün bunlar Kazanda müzakirə olunacaq”, - deyə Peskov vurğulayıb.


Kreml rəsmisi Rusiyanın Malayziyanın BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildiyini və bu marağı dəstəklədiyini də söyləyib:

 

“Biz malayziyalı dostlarımızın bu təşkilata qoşulmaqda maraqlı olduğunu bilirik. Biz də bir çox digər ölkələr kimi bu marağı dəstəkləyirik və BRICS üzvü olan həmkarlarımızla birlikdə bu məsələni müzakirə edəcəyik”.


Qeyd edək ki, Azərbaycan və Türkiyə BRICS-ə üzvlüklə bağlı təşkilata müraciət ediblər. Malaziya da BRICS-ə qoşulmaq istədiyini açıqlayıb


OXŞAR XƏBƏRLƏR

COP29-da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək

Dövlət Turizm Agentliyi noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (CO...

Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzind...

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Sfera.az xəbər verir ki...

Bu insanlar olduqca özlərindən razı və eqoistdirlər - Maraqlı araşdırma

İnsanların əksəriyyəti sosial şəbəkələrdə onlara gələn mesajlara bilərəkdən gec cavab verirlər. Mesajı görüb, ancaq qəsdən gec cavab yazan insanların eqoist olm...

"Ukrayna 20 il ərzində..." - Trampın sülh planının DETALLARI SIZDI

Trampın komandası Ukrayna ilə bağlı müqavilə hazırlayır.   Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr ...

54 yaşlı kişi göbələkdən zəhərləndi

Şabran sakini göbələkdən zəhərlənib.   Sfera.az xəbər verir ki, Şabran rayon sakini, 1970-ci il təvəllüdlü Nürəddin Quliyev zəhərlənmə əlamətləri ilə...