Poltavada 3 günlük matəm ELAN OLUNDU
Dünya
10:42 / 04.09.2024
5008
Xəbər verdiyimiz kimi, Rusiya Kiyevin 350 kilometrliyində yerləşən Poltava şəhərinə hücum edib.
Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. Şəhərin iki raketlə hücuma məruz qaldığını qeyd edən Zelenski ən azı 51 nəfərin öldüyünü, 271 nəfərin yaralandığını bildirib.
Ukrayna lideri həmçinin qeyd edib ki, hücum zamanı hərbi təlim obyekti və yaxınlıqdakı xəstəxana vurulub, Poltavada ordunun Rabitə İnstitutunun binasına ziyan dəyib.
Poltava qubernatoru isə bu gündən etibarən 3 günlük matəm elan edildiyini açıqlayıb.
Qeyd edək ki, Poltava Kiyevlə Xarkov arasında və Rusiya sərhədində yerləşdiyi üçün əhəmiyyət kəsb edir.
Günay