Evli kişi sevgilisini incitməmək üçün “saxta toy” təşkil etdi

Evli kişi sevgilisini incitməmək üçün “saxta toy” təşkil etdi

Böyük Britaniyada, bir çox başqa ölkələrdə olduğu kimi nikahı pozmadan ikinci dəfə evlənmək qadağandır. Ancaq bu, yerli sakinin başqa bir qadınla qanuni münasibətdə olan yeni "həyat yoldaşı" ilə toy təşkil etməsinə mane olmayıb. O, bu hekayənin təfərrüatlarını sosial şəbəkələrdə paylaşıb.

 

Sfera.az bildirir ki, toy mərasimini təsvir edən hekayə müəllifi hər şeyin tam olaraq onun təsəvvür etdiyi kimi keçdiyini, tamamilə sehrli bir gün olduğunu vurğulayıb.

 

"Yeddi il əvvəl magistraturamı bitirəndə indiki əcnəbi həyat yoldaşımla tanış oldum. Biz eyni tələbə yataqxanasında yaşayırdıq və dərhal dil tapdıq. Sonradan görüşməyə başladıq, daha sonra eyni anda köçdük. Hər şey yaxşı idi, amma sonda o, evlilik mövzusunu gündəmə gətirməyə başladı. Ailəsi çox mental düşüncəli idi və münasibətlərimizi qanuniləşdirməkdə israr edirdilər. Mən imtina edə bilmədim”- yazı müəllifi deyir.

 

Ancaq bir maneə var idi - kişi o vaxta qədər keçmiş həyat yoldaşından boşanmaq üçün müraciət etməmişdi.

 

 "Ayrılmamız problemli idi, ona görə də boşanmadan ayrıldım. Telefon nömrəmi və əlaqə məlumatılarımı dəyişdim"-deyə britaniyalı əlavə edib. 

 

İkinci arvadı əcnəbi olduğundan və bütün hüquqi nüansları bilmədiyindən kişi bundan istifadə edib, sənədləşmə işlərini həll edəcəyinə söz verərək toyun təşkilini gəlinə həvalə edib.

 

"Biz demək olar ki, üç ilə yaxındır ki, evliyik və o, hələ də aldatmanı tam anlamayıb”-deyə yazı müəllifi bildirib.

 

Ancaq ən maraqlısı hələ qarşıda idi. Keçən həftə keçmiş həyat yoldaşı meydana çıxıb və gələcəkdə onu əzab-əziyyətdən xilas etmək üçün aldadılmış qadına bütün həqiqəti danışmaqla hədələyib.

 

"Ona bunu etməməsi üçün yalvardım və real ayrılmağı təklif etdim, amma o cavab verdi ki, artıq gecdir. Düzünü desəm, son günlər nə edəcəyimi bilmirəm. Həyat yoldaşıma etiraf etməkdən söhbət gedə bilməz, çünki mən dəqiq bilirəm ki, o, tərəddüd etmədən məni tərk edəcək”-deyə kişi məsləhət istəyib.

 

İzləyicilər isə bu qarışıq hekayəni şərh edərək, öz fikirlərini bölüşüblər.

 

"Gəlin çox yazığım gəlir. Yalan danışdın və öz mənfəətin üçün manipulyasiya etdin. Sənin üzündən o, düzgün qərar verə bilməyib, indi isə çox çətin vəziyyətdədir. O, buna layiq deyil”-müzakirə iştirakçılarından biri qeyd edib.

 

Başqa bir istifadəçi əlavə edib: "Təəssüf ki, qərarlarınız başqalarına çox təsir edir. Zamanını, pulunu aldı və ən əsası onu biabır etdiniz. Siz cəzalandırılmalısınız".

 

Aynil 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda AZALDI

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC...

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi...

“Sənə bir şey almayanda başıma vurursan” - Doğuşdan Xoşqədəmə

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızına efirdə etiraz edib.   Sfera.az xəbər verir ki,  hadisə “Səni axtarıram” verilişin...

İlan sancan hamilə qadın ana oldu

Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi...

COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək

COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağır...

Bakıdakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

Bugünlərdə paytaxtın Heydər Əliyev prospektində baş vermiş zəncirvari qəzanın görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, görüntülərdən yolun piy...