Bloomberg: İran yaxın vaxtlarda Rusiyaya ballistik raketlər ötürməyi planlaşdırır
Avropa rəsmiləri hesab edirlər ki, İran Ukraynada münaqişə başlayandan bəri ilk dəfə olaraq öz ballistik raketlərini yaxın gələcəkdə Rusiyaya ötürməyi planlaşdırır .
Sfera.az xəbər verir ki, bu barədə Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.
Agentliyin həmsöhbətlərinin fikrincə, bu, Moskva və Kiyev arasında davam edən münaqişə fonunda “hadisələrin həyəcan verici inkişafı ola bilər” . Onlar konkret məlumat verməkdən imtina ediblər, lakin çatdırılmaların yaxın günlərdə başlaya biləcəyi qeyd olunub.
Mətndən göründüyü kimi, Ukraynanın müttəfiqləri və G7 ölkələri İranın Moskvaya raket ötürəcəyi təqdirdə Tehrana qarşı sanksiyaları müzakirə etməyə başlayıb.
Xatırladaq ki, iyulda Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, Rusiya və İran ilk fürsətdə hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Onun sözlərinə görə, qərar diplomatik kanallarla veriləcək.
İyulun sonunda iranlı jurnalist Xəyal Müəzzin Rusiya ilə İran arasında əməkdaşlıq sazişinin Yaxın Şərqdə sülhü möhkəmləndirəcəyi fikrini bildirib . O qeyd edib ki, Vaşinqtonun regionda siyasətini davam etdirməsi xeyli çətinləşəcək.
İnci