Qəzzadakı son vəziyyəti müzakirə etdilər
Dünya
21:24 / 02.09.2024
8261
ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Ağ Evdə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparan komanda ilə görüşüb və bölgədəki vəziyyətlə bağlı son məlumatları alıblar.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bu gün Prezident Bayden və vitse-prezident Harris Ağ Evdə amerikalı Herş Qoldberq-Paulinin və digər beş girovun qətlindən sonra girovların azad edilməsinə dair razılaşma üzrə danışıqlar aparan komanda ilə görüşüblər”, - deyə məlumatda bildirilir.
Ağ Evin məlumatına görə, brifinqdə ABŞ dövlət katibi Antoni Blinken, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və digər rəsmi şəxslər iştirak edib.