Sərvətlərinə sərvət qatdılar - Rusiyanın ən varlı iş adamlarının SİYAHISI

Sərvətlərinə sərvət qatdılar - Rusiyanın ən varlı iş adamlarının SİYAHISI

Şirkət səhmlərinin dəyəri əsasında hesablanan Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 28,431 milyard dollar artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məqalə dərc edib.

 

Məlumata görə, ilin əvvəlindən "Severstal"ın təsisçisi Aleksey Mordaşov 5,73 milyard dollar qazanıb, sərvəti 26,6 milyard dollara yüksəlib, Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,26 milyard dollar artaraq 24,1 milyard dollar olub, eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,59 milyard dollar qazanıb, onun sərvəti 28,2 milyard dollardır.

 

Ən böyük itki isə Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanovda olub. Belə ki, onun sərvəti 5,51 milyard dollar azalaraq 15,6 milyard dollara düşüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR