Rusiya ordusu Kiyevə raket zərbələri ENDİRDİ

Rusiya ordusu Kiyevə raket zərbələri ENDİRDİ

Sentyabrın 2-i gecə Rusiya Silahlı Qüvvələri Ukraynada paytaxt Kiyevə raket zərbələri endirib.

 

Sfera.az xəbər verirr ki, Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov bildirib ki, ümumilikdə Rusiya ordusu tərəfindən son sutkada paytaxta 10 qanadlı, 10-a qədər isə ballistik və xeyli dron hücumları olub.

 

"Onların böyük əksəriyyəti hava hücumlarından müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Svyatoşonski rayonunda 4 avtomobil yanıb. Qolosevskiy, Şevçenkovskiy, Podolskiy və Obolon rayonlarında isə qeyri-yaşayış obyektlərində dağıntılar var. Son məlumata görə, ümumilikdə 4 nəfər mülki şəxs ağır yaralanıb”, - M. Şamanov əlavə edib.


OXŞAR XƏBƏRLƏR