Makron Durovla bağlı açıqlama verdi: "Tamamilə xəbərsiz idim..."
Fransa Prezidenti Emmanuel Makron Telegram-ın həmtəsisçisi Pavel Durovun Parisə səfər etmək niyyətindən xəbərsiz olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra birgə mətbuat konfransında deyib.
“Mən cənab Durovun Fransada olmasından tamamilə xəbərsiz idim. Mənim tərəfimdən hər hansı dəvətin olması barədə məlumat yalandır. Nə keçən həftə sonu, nə də yaxın gələcəkdə cənab Durovla görüşmək fikrim var idi".
Eyni zamanda o, Pavel Durova Fransa vətəndaşlığının verilməsini düzgün hesab etməkdə davam etdiyini bildirib.
“Biz bu qərarı 2018-ci ildə vermişik. Mən bu qərarı tam əsaslı hesab edirəm. Mən hesab edirəm ki, məşhur iş adamlarına, idmançılara, sənət adamlarına vətəndaşlıq verilməsi düzgündür”, - deyə Fransa prezidenti qeyd edib.
İnci
Sfera.az