İraqda İŞİD-in 14 yaraqlısı ÖLDÜRÜLDÜ
Dünya
17:06 / 30.08.2024
7036
İraqın təhlükəsizlik qüvvələri kəşfiyyat xidməti ilə birlikdə Ənbar vilayətində əməliyyatı başa çatdırıb, nəticədə İŞİD terror qruplaşmasının 14 üzvü öldürülüb.
Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə İraqın birləşmiş əməliyyatlar komandanlığı məlumat yayıb.
Məlumata görə, Ənbar səhrasında aparılan kəşfiyyat fəaliyyəti nəticəsində İŞİD qruplaşmasının liderlərinə qarşı hücum həyata keçirilib. İki ay ərzində xüsusi xidmət orqanları ilə koordinasiyadan sonra yaraqlıların mövqelərinə və sığınacaqlarına aviazərbələr endirilib. Odlu silahların tətbiq edildiyi birbaşa toqquşma zamanı 14 terrorçu öldürülüb.