Almaniya əfqan mühacirləri deportasiya etdi

Almaniya əfqan mühacirləri deportasiya etdi

Almaniya əfqan mühacirlərin 3 ildən sonra ilk dəfə deportasiya edildiyini açıqlayıb.

 

Sfera.az bildirir ki, alman təhlükəsizlik mənbələrinin məlumatına görə, deportasiya Qətərin vasitəçiliyi ilə iki ay davam edən gizli danışıqlar nəticəsində həyata keçirilib. 

 

Almaniya 2021-ci ilin avqustunda “Taliban”ın nəzarəti ələ keçirdiyi vaxtdan bəri ilk dəfə Əfqanıstan vətəndaşlarını ölkələrinə geri göndərir. Hökumət sözçüsü Steffen Hebestreit açıqlamasında bildirib ki, göndərilən Əfqanıstan vətəndaşları Almaniyada qalmaq hüququ olmayan və onlara qarşı deportasiya qərarı olan məhkum edilmiş cinayətkarlar olub.

 

Hebestreitin sözlərinə görə, “Taliban”la diplomatik əlaqələri olmayan Almaniya deportasiya prosedurlarını həyata keçirmək üçün mühüm regional tərəfdaşlarından dəstək istəyib. Alman mətbuatında yayılan xəbərlərə əsasən, Əfqanıstanın paytaxtı Kabilə getmək üçün yerli vaxtla saat 07:00-da içində 28 əfqan olan Qətər Hava Yollarına məxsus təyyarə Leypsiq hava limanından yola düşüb.

 

Qeyd edək ki, 2021-ci ildə “Taliban” administrasiyası hakimiyyətə gəldikdən sonra Almaniya Əfqanıstana deportasiyanı tamamilə dayandırıb və Kabildəki səfirliyini bağlayıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR