Hakan Fidan nüvə müharibəsinin başlaya biləcəyi barədə XƏBƏRDARLIQ ETDİ

Kateqoriya məlum deyil
T
Nüvə müharibəsi başlaya bilər.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.
H.Fidan, həmçinin söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:
"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".






