Logo

Kreml: "Putin Durovla heç vaxt görüşməyib"

Kreml: "Putin Durovla heç vaxt görüşməyib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Telegram”ın qurucusu Pavel Durovun Kremllə nə danışıqları olub, nə də razılaşması var.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Putin heç vaxt “Telegram”ın təsisçisi ilə görüşməyib.

Qeyd edək ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olarkən Bakıda Durovla görüşdüyünə dair məlumatlar yayılmışdı. Durovun avqustun 24-də Parisdə həbs olunmasından sonra Kreml Bakıda Putinin onunla görüşmədiyini açıqlamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR