Ukrayna Ali Radası "Telegram" plaforması ilə bağlı qanun QƏBUL EDƏCƏK

Ukrayna Ali Radası "Telegram" plaforması ilə bağlı qanun QƏBUL EDƏCƏK

Ukraynada “Telegram” sosial şəbəkə platformasının fəaliyyətinin tənzimlənməsi üzrə qanun layihəsi sentyabrın sonunadək hazırlanaraq Ali Radaya təqdim olunacaq.

 

Sfera.az-ın “unian“a istinadən xəbərinə görə, bu barədə qərar qanunverici orqanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin iclasında qəbul olunub.

 

Toplantıda bildirilib ki, sənəd qəbul olunduqdan sonra sözü gedən platformanın sahib olduğu şirkət təsisçi və ya təsisçilər barədə müfəssəl məlumatları Ukraynanın hakimiyyət orqanlarına təqdim etməlidir. Növbəti tələb isə bu sosial şəbəkənin təsisçiləri arasında Rusiya Federal Təhlükəsizlik Xidməti və digər xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin olmaması ilə bağlıdır.

 

Qanun layihəsinin hazırlanması üçün yaradılacaq xüsusi işçi qrupunun tərkibinə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin mütəxəssisləri də cəlb olunacaq.

 

Bir qədər əvvəl Ali Radanın üzvü Nikita Poturayev “Telegram” platforması lehinə olacaq istənilən fikrin hakimiyyət orqanlarının nüfuzuna xələl gətirəcəyini açıqlayıb. Öz növbəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qanunun qəbulundan sonra sanksiyalar haqqında qanunvericiliyə də dəyişikliklərin zəruri olduğunu açıqlayıblar.


OXŞAR XƏBƏRLƏR