Türkiyədə iki rus məktəbi BAĞLANDI - SƏBƏB

Türkiyədə iki rus məktəbi BAĞLANDI - SƏBƏB

Türkiyədə qeyri-rəsmi fəaliyyət göstərən 2 rus məktəbi bağlanıb. 

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyanın Konyaaltı rayonunda ruslara məxsus iki qeyri-qanuni fəaliyyət göstətən məktəblə bağlı aparılan araşdırmalardan sonra onların bağlanmasına dair qərar qəbul edilib və bu məktəbi açanlar cərimələnib. 

 

Bundan başqa, ruslara və ukraynalılara məxsus olduğu iddia edilən 3 körpələr evi və uşaq bağçası barəsində də istintaq başlanıb. 

 

Türkiyə mediasının məlumatına əsasən, 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasından sonra çoxlu sayda rus və ukraynalı Antalyaya köçüb. Adıçəkilən ölkələrdən gələn qaçqınlar burada uşaq bağçası və məktəblər açıblar. 

 

Türkiyə qanunvericiliyinə əsasən, təhsil müəssisələri rəsmi icazə olmadan açıla və fəaliyyət göstərə bilməz. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR