"Qəzzada hərbi əməliyyatlara son qoyulmalıdır" - Kamala Harris

"Qəzzada hərbi əməliyyatlara son qoyulmalıdır" - Kamala Harris

"Qəzza zolağında İsrail-Fələstin münaqişəsinin sonu olmalıdır. Razılaşma əldə etməliyik. Müharibə bitməli və biz girovların çıxarılması ilə məşğul olmalıyıq".

 

Sfera.az xəbər verir ki, bunu ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizədi, vitse-prezident Kamala Harris CNN-ə müsahibəsində deyib.

 

Prezidentliyə namizəd İsrailə silah tədarükünü məhdudlaşdırmağa hazır olub-olmadığına dair birbaşa cavabdan yayınsa da, İsrail hökumətinə dəstəyini bir daha təsdiqləyib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR