Ərdoğan: "Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir"

Ərdoğan: "Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir"
Kateqoriya məlum deyil
T

Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.

 

Sfera.az “Haber Gobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Günü münasibətilə təbrik mesajında deyib.

 

O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür: “Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik”.

 

Prezidentin sözlərinə görə, Türkiyə milləti özünün böyük zəfəri ilə göstərdi ki, əsarəti qəbul etmir: “Türkiyə xalqı iradəsinə zəncir vurdurmaz, öz yurdunda müstəqil olaraq yaşamaq idealından imtina etməz. Biz böyük zəfərlə bunu bir daha göstərdik. Böyük və güclü Türkiyə idealımızı addım-addım reallaşdırırıq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR