Alp dağlarında itən 89 yaşlı nənə möcüzəvi şəkildə sağ qaldı

Alp dağlarında itən 89 yaşlı nənə möcüzəvi şəkildə sağ qaldı
Kateqoriya məlum deyil
T

İtaliyanın Alp dağlarında itən 89 yaşlı Cüzepina Bardelli möcüzə nəticəsində sağ qalıb. Təqaüdçü nənə dağlarda dörd gecə beş gün keçirib. O, yağış suyu içib, ağaclarda yatıb, dua etmək və hətta bir tülkü ilə dost olmağa imkan tapıb.
 

Sfera.az bildirir ki, Cüzepina Bardelli Alp dağlarında 5 gündən sonra sağ tapılıb.
 

Cüzepina 57 yaşlı oğlu Serxio ilə göbələk yığarkən itib. Bir anda başgicəllənmə səbəbindən huşunu itirib və təxminən 16 m hündürlükdən dərəyə yıxılıb, bir neçə qabırğası sınıb.
 

Serxio dərhal həyəcan təbili çalıb. Pilotsuz uçuş aparatları və helikopterlərlə təchiz olunmuş axtarış qrupları toplanıb. Xilasedicilər İsveçrə ilə sərhəddə yerləşən Monterekkioda ərazini diqqətlə axtarsalar da, qurbanı tapa bilməyiblər.

50 nəfərin iştirak etdiyi xilasetmə əməliyyatını koordinasiya edən yanğınsöndürən Silvio Rizzelli az qala təslim olduqlarını qeyd edib.
 

“Bazar günü səhər, xilasedicilər artıq axtarışları dayandırmaq barədə düşünəndə, Cüzepinanı hündür bitki örtüyü olan dərin bir dərədə tapdıq. Biz onu görə bilməmişdik. O, yorğun, lakin huşu aydın idi. Onun yaşındakı bir insanın bu qədər müqavimət göstərməsi inanılmazdır”-deyə Rizzelli bildirib.
 

Qadın möcüzə nəticəsində kolluqların ortasında dərədə tapılıb.
 

 

Bardellinin vəhşi təbiətdə sağ qalmağı necə bacardığını izah edən digər oğlu Roberto: "O, gölməçələrdə yağış suyu içir, ağaclarda yatırdı, bitki örtüyündən istifadə edirdi. Bir neçə dəfə tülkü ona yaxınlaşıb - hətta dost olublar. Anamın sağ olması sevincimin həddi-hüdudu yox idi"-deyə oğlu biıdirib.

Xilasedicilər Cüzeppinanın hazırda xəstəxanada müalicə aldığını bildiriblər.
 

Nəzərinizə çatdıraq ki, bu, ilk belə hal deyil. 34 yaşlı Lukas Makkliş gəzintiyə çıxmağı planlaşdırarkən Kaliforniyada (ABŞ) Santa Kruz dağının yamaclarında itib. Adam 10 gündən sonra sağ-salamat tapılıb.


Aynil

Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR