Xarab avtomobili lotereyada cekpot qazanmağa kömək etdi - FOTO

Şimali Karolinada (ABŞ) Andrzej Kilbonun avtomobili birdən-birə xarab olub. Lakin, bu problem onun üçün gözlənilməz bir şans olub.
Sfera.az bildirir ki, avtomobil təmiri məntəqəsinə getmək Andrzej Kilboya 379 747 dollar pul mükafatı qazandırıb. İndi o yeni maşın almağı planlaşdırır.
"Oyandığım vaxtdan bir az tez oyandım. Səhər tezdən durmasaydım, heç vaxt lotereya oynamazdım"-deyə o bildirib.
Kilbon boş vaxtını “Bison Bonanza” onlayn lotereyasını oynamaqla dəyərləndirib və sonunda 379,747 dollarlıq cekpot qazanıb.
"Mən sadəcə əylənmək üçün oynayırdım. Bunun real olacağını düşünmürdüm, çünki hələ də yarıyuxulu idim"- Kilbon bildirib.
Kilbon əlavə edib ki, pul mükafatı ona yeni elektromobil almaqla köhnə avtomobili ilə bağlı problemləri həll etməyə imkan verəcək. O, həmçinin Havay adalarına səfər etməyi planlaşdırdığını bildirib.
Aynil
Sfera.az








