Yaponiyanı “Şanşan” qasırğası bürüdü: İsanlar təxliyə olunur, ölənlər var

“Şanşan” qasırğası Yaponiyanın cənub-qərbinə güclü külək və leysan yağışı gətirib. Nəticədə elektrik enerjisi kəsilib, hava hərəkəti dayandırılıb və iri zavodlar bağlanıb. Üç nəfər ölüb.
Sfera.az bildirir ki, Yaponiya hakimiyyəti artıq “Şanşan”ı bölgəni vurmuş ən güclü tufanlardan biri adlandırır.
Qasırğanın güclü külək və leysan yağışı gətirdiyi üçün milyonlarla insana evlərini tərk etmək əmri verilib. Yeddi əyalətdə 230 min ev işıqsız qalıb.
Böyük avtomobil istehsalçısı “Toyota”, “Nissan”, “Honda” və çip istehsalçısı “Renesas” kimi şirkətlər Yaponiyadakı bütün zavodlarında fəaliyyətini dayandırıb.
Meteorologiya agentliyinin məlumatına görə, küləyin sürəti saniyədə 50 metrə (180 km/saat) çatan tayfun Naqasakidə Unzen şəhəri yaxınlığında olub və təxminən 15 km/saat sürətlə şimala doğru irəliləyib.
“Kyushu Electric Power Co” şirkətinin məlumatına görə, yeddi əyalətdə təxminən 230 min ev günortadan sonra işıqsız qalıb. Şirkət daha əvvəl fırtınanın baş verdiyi Satsumasendai şəhərindəki Sendai atom elektrik stansiyasında heç bir fəsad qeydə alınmadığını bildirib.
Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mətbuat konfransında tayfunla bağlı insidentlər nəticəsində 3 nəfərjn öldüyü, 1 nəfərin itkin düşdüyünü, təbii fəlakətlərin idarə olunması agentliyi isə 45 nəfərin yaralandığını bildirib.
Meteorologiya agentliyi fırtınanın yaxın bir neçə gün ərzində Kyushu adasını dəhşətə gətirəcəyini və həftə sonuna qədər paytaxt Tokio da daxil olmaqla mərkəzi və şərq bölgələrinə yaxınlaşacağını bildirib.
Səlahiyyətlilərin bildirdiyinə görə, ölkə üzrə 5,2 milyondan çox insan evakuasiya bildirişi alıb.
“ANA Holdings” və “Japan Airlines” daxil olmaqla hava yolları artıq 800-ə yaxın reysin ləğv edildiyini açıqlayıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, Kyushunun bir çox bölgələrində qatarların hərəkəti, həmçinin yüzlərlə avtobus və bərə reysləri də dayandırılıb.
Qeyd edək ki, “Şanşan” tayfunu, bu ayın əvvəlində elektrik kəsilməsinə və evakuasiyalara səbəb olan “Ampil” tayfundan sonra Yaponiyanı vuran ən son şiddətli hava fəlakətidir.
Aysel
Sfera.az








