Cennifer Lopez Afflekin etdiklərindən çox məyus oldu

Cennifer Lopez Ben Afflekin etdiklərindən çox üzülüb və məyus olub.
Sfera.az bildirir ki, son günlər aktyorun yeni münasibəti ilə bağlı şayiələr aktiv şəkildə yayılmağa başlayıb. Onun seçdiyi isə Con Kennedinin qardaşı oğlunun qızıdır.
Lopez 20 avqust 2024-cü ildə ənənəvi barışılmaz fikir ayrılıqlarını əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edib. Ceniffer faktiki ayrılma tarixi olaraq isə 26 aprel 2024-cü ili qeyd edib.
Boşanma, Afflekin son həftələrdə 36 yaşlı Ketlin "Kik" Kennedi ilə görüşdüyü şayiələri fonunda baş verir.
Mənbələr bildiriblər ki, Kik və Ben birlikdə vaxt keçirməyi sevirlər. Aktyor və Kennedinin qızı 2021-ci ildə JLo ilə münasibətləri yenidən başlamamışdan əvvəl qısa münasibətdə olublar.
Bu arada Cennifer Lopezin dostları onun xaotik eşq həyatından beziblər.
"Dörd uğursuz evlilikdən sonra dostları onun başqalarının özü kimi olmasını istəməkdənsə, özünə diqqət yetirməli olduğunu düşünür. Həm də Ceniffer gələcək üçün nə istədiyini başa düşməlidir"-deyə dostları şikayətlənib.
Aynil
Sfera.az








