Bakıda "Formula 1"ə görə daha bir yol BAĞLANIR

Bakıda "Formula 1"ə görə daha bir yol BAĞLANIR
Kateqoriya məlum deyil
T

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

 

Qeyd edək ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR