Durova Fransada yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşamağa İCAZƏ VERİLDİ

Durova Fransada yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşamağa İCAZƏ VERİLDİ

“Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə "Liberation" Paris prokurorluğuna istinadən yazıb.

 

Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.

 

O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.

 

Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

FHN: 77 yanğına çıxış oldu, 6 nəfər xilas edildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

Elnur Məmmədliyə yeni vəzifə verildi - FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin o...

İsveçdə bu şəxslərə 34 min dollar veriləcək - YENİ QƏRAR

İsveç 2026-cı ildən etibarən ölkəsinə dönmək istəyən qaçqınlara 350 000 İsveç kronu (34 000 dollar) ödəyəcək.   Sfera.az xəbər verir ki, bu qərarın ...

Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

“İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrı...

"Lazım gələrsə, Rusiya ilə..." - Trampdan mühüm Ukrayna AÇIQLAMASI

“Amerikalılar Rusiya ilə hərbi münaqişəyə girməməlidir”.   Sfera.az bildirir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd...

Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasın...