İndoneziya "Telegram"ı bloklamağı planlaşdırır - SƏBƏB

İndoneziya "Telegram"ı bloklamağı planlaşdırır - SƏBƏB
Kateqoriya məlum deyil
T

"İndoneziya öz ərazisində "Telegram" proqramını bloklamağı düşünür, buna səbəb "Bigo Live" yayımıdır"


Sfera.az xəbər verir ki, bu barədə İndoneziyanın rabitə və informasiya naziri Buri Ari Setiadinin bəyanatına istinadən “Jakarta Globe” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Nazirlik artıq hər iki platformaya sərt töhmət verib. 


Səlahiyyətlilər "Telegram" vasitəsilə  pornoqrafiyanın yayılmasından və İnternet vasitəsilə İndoneziya seqmentində qumar oyunlarının təbliğindən narahatdırlar.

 

Bununla belə, nazirin sözlərinə görə, hər ikisi özünü “qeyri-adekvat” aparır. Hesabatda bildirilir ki, İndoneziya səlahiyyətliləri hazırda araşdırma aparır və pornoqrafiya və ya qumar reklamlarının həyata keçirildiyinə dair sübut tapsalar, "Telegram" bloklamaq barədə qərar verməkdən çəkinməyəcəklər.

İnci 
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR