Ermənistanda konstitusiya referendumu 2027-ci ildə keçirilə BİLƏR

Ermənistanda konstitusiya referendumu 2027-ci ildə keçirilə BİLƏR

Ermənistanda Konstitusiyaya dəyişiklik üzrə referendum 2027-ci ildə keçirilə bilər.

 

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

 

Bundan öncə də, ölkənin baş naziri Nikol Paşinyan dəfələrlə əsas qanunda dəyişikliklərin zəruri olduğu barədə bəyanat verib. O vurğulayıb ki, yeni kontitusiya ölkənin təməllərini möhkəmləndirəcək, eləcə də rəqabət qabiliyyətini artıracaq.

 

Qeyd edək ki, hazırda qüvvədə olan Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib.


OXŞAR XƏBƏRLƏR