Daha bir ölkə məktəbdə mobil telefondan istifadəni QADAĞAN EDƏCƏK

Daha bir ölkə məktəbdə mobil telefondan istifadəni QADAĞAN EDƏCƏK

Fransa 15 yaşdan kiçik uşaqların məktəbdə mobil telefondan istifadəsini qadağan etməyə hazırlaşır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa təhsil naziri Nikol Belloubetin açıqlama verib.

 

Nazir bildirib ki, ölkədəki 200 pilot orta məktəbdə şagirdlər mobil telefonlarını şkafda saxlamalı olacaqlar.

 

Belloubetinin sözlərinə görə, qadağa şagirdlərə "rəqəmsal fasilə" vermək məqsədi daşıyan sınaqların bir hissəsidir. Qadağa uğurlu olarsa, gələn ildən bütün məktəblərdə tətbiq olunacaq.

 

Qeyd edək ki, Fransada 2018-ci ildə qəbul edilən qərara əsasən, ibtidai və orta məktəblərdə şagirdlər mobil telefon gəzdirə bilsələr də, onlardan istifadə etmək qadağandır.

 

Fransa Prezidenti Emmanuel Makron tərəfindən hazırlanan və mart ayında dərc edilən hesabatda rəqəmsal cihazların yuxu, fiziki fəaliyyət, çəki və görmə üzərində dolayı və birbaşa mənfi təsirlərinin olduğu bildirilib.Hesabatda uşaqlara ən azı 11 yaşına qədər mobil telefon verilməməsi, 11-13 yaş arasında internet bağlantısı olmayan mobil telefonların verilməsi və 15 yaşına qədər internetə çıxışı olan, lakin sosial media olmayan mobil telefonların verilməsinin vacibliyi qeyd edilib. 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR