Borrell Aİ-yə israilli iki nazirə sanksiyaların tətbiq edilməsini TƏKLİF ETDİ

Borrell Aİ-yə israilli iki nazirə sanksiyaların tətbiq edilməsini TƏKLİF ETDİ
Kateqoriya məlum deyil
T

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Avropa İttifaqının (Aİ) 27 ölkəsinin hökumətlərinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyaların tətbiq edilməsi təklifini təqdim edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.

 

Məlumata görə, siyasətçilər son zamanlar fələstinlilər əleyhinə verdikləri açıqlamalarla hiddətə səbəb olublar. Borrelin təklifinə əsasən, Smotriç və Ben-Qvirə nifrətin qızışdırılması və insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq oluna bilər. Bundan başqa, nazirlərin Aİ-dəki aktivləri də dondurulmalı və onların Aİ-yə daxil olmasına icazə verilməməlidir.

 

Qeyd olunub ki, sözügedən təklifin həyata keçirilib-keçirilməyəcəyi hələ bəlli deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR