Görüntüsü ilə hər kəsin sevimlisinə çevrilmişdi: Olimpiya çempionu görün harda işləyir

Görüntüsü ilə hər kəsin sevimlisinə çevrilmişdi: Olimpiya çempionu görün harda işləyir

Çinli gimnast və Paris Olimpiadasının gümüş mükafatçısı Çjou Yakinq vətəni- Çinin Hunan əyalətinə qayıdıb və ailəsinin restoranında aşpaz köməkçisi işləyir.
 

Sfera.az bildirir ki, 18 yaşlı Çjou Yakinq ilk dəfə italyan gimnastlarının ənənəvi jestini təkrarlayaraq çaşqın halda medalı dişləməyə çalışarkən internetdə məşhurlaşıb.

Bir ziyarətçi tərəfindən çəkilmiş görüntülərdə Çin Olimpiya komandasının paltarı geyinmiş, masaları gözləyən və işçilərə təmizlik etməyə kömək edən Zhou görünür.


Atası Olimpiya Oyunlarında debütündən sonra bütün yerlərin rezervasiya olunduğu restoranın hər otağında qızının medal və mükafatlarının fotoşəkillərini asıb.
 

Sosial şəbəkələrdə çoxları gimnastın təvazökar həyat tərzini tərifləyib.
 

"Dünya səhnəsində nə qədər uğurlu olmağınızdan asılı olmayaraq, yenə də evdə ailənə kömək etməlisən".
 

"Gümüş medalçının qızıl ürəyi var".
 

Yeri gəlmişkən, Çjou gimnastika ilə 2008-ci ildə, cəmi üç yaşında ikən məşğul olmağa başlayıb. Birinci sinifə başlamazdan əvvəl o, şəhər oyunlarında aldığı iki qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
 

Bədii gimnastika üzrə Dünya Çempionatında (2024) Yakinq iki qızıl medal qazanıb. Qız Parisdə keçirilən Olimpiya Oyunlarında ikinci yeri tutduqdan sonra insanlar sosial şəbəkələrdə onun heç vaxt evə əliboş qayıtmaması ilə bağlı zarafat etməyə başlayıblar.


Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...