Bu şəxslər Rusiyadan deportasiya olunacaq - Putindən yeni QƏRAR


Bu şəxslər Rusiyadan deportasiya olunacaq - Putindən yeni QƏRAR

Azyaşlı əcnəbilər qanuni nümayəndələri ilə birlikdə Rusiyadan çıxarılacaqlar.
 

Sfera.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin bu əmri normativ hüquqi aktların layihələri portalında dərc olunub:
 

"Sərəncam 2025-ci il fevralın 5-dən qüvvəyə minir. Rusiya Daxili İşlər Nazirliyinin 8 avqust 2022-ci il tarixli 593 nömrəli əmrinə və Rusiya Daxili İşlər Nazirliyinin 24 aprel 2020-ci il tarixli 239 nömrəli əmrinə dəyişikliklər ediləcək. O cümlədən, sərəncama 3.4-cü yarımbənd əlavə edilsin. Müəyyən edilir ki, yetkinlik yaşına çatmayan xarici vətəndaşın qalmasının arzuolunmazlığı barədə qərar qəbul etməyə hazırlaşarkən onun qanuni nümayəndəsi olan və Rusiya Federasiyasının ərazisində yerləşən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs müəyyən ediləcək".

18 yaşına çatmamış əcnəbiyə münasibətdə onun qalmasının arzuolunmazlığı barədə qərar layihəsinin hazırlanması ilə eyni vaxtda deportasiya layihəsi və onun qanuni nümayəndəsi hazırlanacaq.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR